ABŞ ordusu İranla müharibə zamanı "MQ-9 Reaper" dronlarının təxminən 25 %-ni itirib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, itirilmiş 45 pilotsuz uçuş aparatının (PUA) hər birinin dəyəri təxminən 50 milyon dollara çatır. Qeyd olunub ki, "MQ-9 Reaper" Hörmüz boğazı bölgəsində İran üçün asan hədəfə çevrilib.

Bu dronlar kəşfiyyat aparır və dəqiq zərbələr endirir. Nəşrin hesablamalarına görə, amerikalı vergi ödəyicilərinin dron itkiləri ilə əlaqədar potensial xərcləri 1,3 milyard dolları ötür.

Pentaqon "MQ-9 Reaper" dronlarını mərhələli şəkildə istismardan çıxarır və onları daha ucuz, hədəflərə sürü halında zərbələr endirə bilən kəşfiyyat-zərbə dronları ilə əvəz etməyi planlaşdırır.