Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinə məxsus Cizan şəhərindəki neft emalı zavoduna iki pilotsuz uçuş aparatı ilə zərbə endirdiklərini bildiriblər.

Bu barədə SABA agentliyi məlumat yayıb.

Husilərin iddiasına görə, hücum nəticəsində zavodun ərazisinə dəqiq zərbələr endirilib.

Bildirilib ki, hücum Səudiyyə Ərəbistanının Səada və Həccə əyalətlərində Yəmənin hava məkanını və suverenliyini pozmasına cavab olaraq həyata keçirilib. /apa