Menu

İngiltərədə qatar relsdən çıxıb, 11 nəfər xəsarət alıb

13.08.2026, 23:07
İngiltərədə qatar relsdən çıxıb, 11 nəfər xəsarət alıb

İngiltərənin cənubunda içərisində 150 nəfərin olduğu sərnişin qatarı relsdən çıxıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Cənub-Şərqi Sahil Təcili Yardım Xidmətinin məlumatına görə, xəsarət alanlara hadisə yerində yardım göstərilib, onlardan bəziləri müalicə üçün yerli xəstəxanalara çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol