Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmai bildirib.
"Hörmüz boğazı bağlıdır. Hərəkətlərə nəzarətimiz tam və qətidir. Bu boğazdakı heç bir hərəkət SEPAH Hərbi Dəniz Qüvvələri döyüşçülərinin gözündən yayınmır", - agentlik komandanın sözlərindən sitat gətirib.
O bildirib ki, reallığı Amerika rəsmilərinin bəyanatlarında axtarmaq lazım deyil.
Daha əvvəl Amerika lideri Donald Tramp Hörmüz boğazına nəzarətin ABŞ-də olduğunu bildirmişdi

Şərhlər