Bu ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub.
"AzPolitika" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.

Şərhlər