Menu

“Bu müharibə heç bir məqsədinə nail olmayıb” - “İranda onların mövqeyi daha da güclənib”

14.08.2026, 11:26
“Bu müharibə heç bir məqsədinə nail olmayıb” - “İranda onların mövqeyi daha da güclənib”

İranla müharibə ilkin məqsədlərinə çatmayıb və əksinə, ölkə daxilində radikal qüvvələrin mövqeyini gücləndirib. 

“AzPolitika” xəbər verir ki, bunu Norveç xarici işlər naziri Espen Bart Eide “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

"Tarix göstərəcək ki, bu müharibə ilkin məqsədlərindən heç birinə nail olmayıb, nəticə etibarilə İranda radikalların mövqeyi zəifləməyib, yalnız güclənib", - deyə nazir bildirib.

Eide qeyd edib ki, lap əvvəldən Norveç müharibəyə qarşı çıxıb və onu "heç də ağıllı olmayan” və “beynəlxalq hüquqa zidd” adlandırıb. O əlavə edib ki, bu mövqe bu gün daha geniş yayılıb.

Nazir həmçinin Hörmüz boğazında gəmiçilikdəki fasilələrə də toxunaraq, İrana qarşı ABŞ-İsrail hücumundan əvvəl vəziyyətin daha yaxşı olduğunu vurğulayıb. 

"Ən azından, bu müharibə başlamazdan əvvəl mövcud olan naviqasiya azadlığına mümkün qədər yaxın bir vəziyyətə qayıtmalıyıq" - o qeyd edib.

Eide bildirib ki, müharibəyə son qoymaq və Hörmüz boğazında gəmiçiliyin bərpası indi çox vacibdir və əlavə edib: "İnanıram ki, bu, edilə bilər".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol