2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faiz yüksəlib.
2025-ci ilin iyul ayı ilə müqayisədə 2026-cı ilin iyulunda istehlak qiymətləri 5,8 faiz artıb. Bununla yanaşı, cari ilin iyul ayında istehlak qiymətləri iyun ayı ilə müqayisədə 0,1 faiz azalıb. Beləliklə, ilin ilk yeddi ayında qiymət artımında ən yüksək göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.
Qiymət artımının fonunda vətəndaşların gündəlik və illik xərclərində mühüm yer tutan məhsul və xidmətlərin orta qiymətləri də diqqət çəkir. Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə məlumatları göstərir ki, bəzi məhsul və xidmətlər digər istehlak xərcləri ilə müqayisədə olduqca yüksək qiymətə malikdir.
Siyahının ilk pilləsində minik avtomobili dayanır. 2025-ci ildə minik avtomobilinin orta illik qiyməti 39 315,68 manat olub. Bu göstərici siyahıdakı digər məhsul və xidmətləri böyük fərqlə üstələyir.
İkinci yerdə ali təhsil müəssisələrinin xidmətləri qərarlaşıb. Bu xidmətlərin orta illik qiyməti 1 689,63 manat təşkil edib. Beləliklə, avtomobildən sonra siyahıda ən böyük xərc maddələrindən biri təhsil olub.
Yataq mebeli 1 569,96 manatla üçüncü, fərdi kompüter isə 1 357,99 manatla dördüncü yerdədir. Cərrahiyyə əməliyyatı xidmətlərinin orta qiyməti 1 344,61 manat, noutbukun qiyməti isə 1 335,42 manat olub.
Məişət texnikası və elektronika məhsulları da siyahıda geniş yer tutur. Kondisionerin orta qiyməti 981,70 manat, soyuducunun 932,61 manat, televizorun 791,10 manat, paltaryuyan maşının isə 747,94 manat olduğu göstərilir. Fərdi kompüter və noutbukla yanaşı, planşet kompüterin orta qiyməti 424,27 manat, fotoaparatın 411,52 manat, mobil telefonun isə 342,74 manat təşkil edib.
Digər tərəfdən, mənzil və məişət əşyaları da siyahıda əhəmiyyətli yer tutur. Yataq mebeli 1 569,96 manat, yumşaq mebel dəsti 946,71 manat, oturacaq mebel dəsti 513,91 manat, servant 590,96 manat, mətbəx mebeli isə 372,98 manatla qeydə alınıb.
Siyahıda səhiyyə ilə bağlı xidmətlər də diqqət çəkir. Cərrahiyyə əməliyyatı xidmətlərinin orta illik qiyməti 1 344,61 manat, diş protezi xidmətlərinin qiyməti isə 263,31 manat olub. Reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidmətlərinin orta qiyməti 590,70 manat təşkil edib.
Səyahətlə bağlı xidmətlər arasında MDB ölkələrinə hava nəqliyyatı ilə sərnişin daşınmasının orta qiyməti 995,03 manat olub. MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı xidmətlərinin qiyməti isə 513,59 manat göstərilib. Xarici ölkələrə istirahət turlarının orta qiyməti 570,38 manat, ölkədaxili istirahət turlarının qiyməti isə 340,28 manat olub. Beynəlxalq xarici dil imtahanlarını təşkil edən qurumların xidmətlərinin orta qiyməti də 457,26 manat təşkil edib.
Ümumilikdə rəqəmlər göstərir ki, 2025-ci ildə Azərbaycanda yüksək məbləğ tələb edən istehlak xərclərinin əsas hissəsini avtomobil, təhsil, mebel, elektronika, səhiyyə və səyahət xidmətləri formalaşdırıb. 2026-cı ilin ilk yeddi ayında istehlak qiymətlərinin 5,7 faiz artması isə bu xərclərin cari ildə daha da yüksələcəyini deməyə əsas verir.
2025-ci ildə konkret məhsul və xidmətlərin orta illik qiyməti belə olub:
| Minik avtomobili | 39,315,68 |
| Ali təhsil müəssisələrinin xidmətləri | 1 689,63 |
| Yataq mebeli | 1 569,96 |
| Fərdi computer | 1 357,99 |
| Cərrahiyyə əməliyyatı xidmətləri | 1 344,61 |
| Noutbuk | 1 335,42 |
| Hava nəqliyyatı xidmətləri – MDB ölkələrinə sərnişin daşınması | 995,03 |
| Kondisioner | 981,70 |
| Fərdi (avtonom) istilik sistemi üçün qurğu | 956,73 |
| Yumşaq mebel dəsti | 946,71 |
| Soyuducu | 932,61 |
| Qızıl üzük, 750 əyarlı | 851,32 |
| Televizor | 791,10 |
| Paltaryuyan maşın | 747,94 |
| Orta ixtisas təhsili müəssisələrinin xidmətləri | 626,12 |
| Servant | 590,96 |
| Reabilitasiya müəssisələrinin sanatoriya-sağlamlıq xidməti | 590,70 |
| Xarici ölkələrə istirahət turları | 570,38 |
| Oturacaq mebel dəsti | 513,91 |
| Hava nəqliyyatı xidmətləri | 513,59 |
| Beynəlxalq xarici dil imtahanları xidmətləri | 457,26 |
| Avtomobil üçün şin dəsti | 430,84 |
| Planşet computer | 424,27 |
| Fotoaparat | 411,52 |
| Mətbəx üçün masa və stullar dəsti | 382,35 |
| Mətbəx mebeli | 372,98 |
| Qaz plitəsi | 365,76 |
| Kəsilmiş taxta | 360,05 |
| Mobil telefon | 342,74 |
| Ölkədaxili istirahət turları | 340,28 |
| Vanna | 309,94 |
| Çarpayı | 303,35 |
| Uşaq çarpayısı | 299,17 |
| 2 otaqlı mənzilin kirayəsi | 274,68 |
| Diş protezi xidmətləri | 263,31 |
| Velosiped | 220,77 |
| Mikrodalğalı soba | 207,42 |
| Gəlinlik donunun kirayəsi | 207,18 |
| Ortopedik döşək | 194,02 |
| Ödənişli məktəbəqədər təhsil xidmətləri | 190,26 |
| Tozsoran | 176,07 |
| 1 otaqlı mənzilin kirayəsi | 172,38 |
| Çadır kirayəsi xidməti | 157,36 |
| Kişilər üçün kostyum | 149,55 |
| Unitaz | 142,21 |
| Qadınlar üçün palto | 140,13 |
| Elektrik soba | 136,84 |
| Uşaq arabası | 133,69 |
| Elektrik ətçəkən | 130,11 |
| Dəniz nəqliyyatı ilə xarici ölkələrə sərnişin daşınması | 127,22 |
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər