Ukrayna Volodimir Zelenski ilə Aleksandr Lukaşenko arasında mümkün görüşü istisna etmir.
“AzPolitika” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çornoqorun Ukrayna mediasında dərc edilən açıqalmasında belə deyilir. Onun bu xəbəri sensasiya kimi qarşılanıb. Çünki Ukrayna və Belarus prezidentlərinin, xüsusilə də 2022-ci ilin fevralında Belarus ərazisindən Kiyevə edilən Rusiya hücumundan sonra mümkünsüz sayılırdı.
Çernoqor deyib ki, hazırda prezidentlərin görüşü mümkündür, o halda ki, əgər bu cür əlaqə döyüşlərin dayandırılmasına və ya itkilərin sayının azaldılmasına kömək edəcək.
Səfir əlavə edib ki, hazırda belə bir görüşün təşkili üçün konkret planlar yoxdur, lakin Belarus Prezidenti ilə görüşmək qərarı praktiki zərurətdən və potensial nəticədən asılı olaraq verilə bilər.
Ukrayna mediasının yazdığı kimi, Kiyev Minsklə işgüzar əlaqələri onsuz da davam etdirir. Xüsusilə, Ukrayna və Rusiya hərbi əsirlərinin mübadiləsi Belarus vasitəsilə həyata keçirilir. Çornoqorun sözlərinə görə, bu, müvafiq ünsiyyət olmadan mümkün olmazdı.
Qeyd edək ki, Lukaşenko əvvəllər dəfələrlə ikitərəfli münasibətləri müzakirə etmək üçün Zelenski ilə görüş təklif etmişdi, lakin Kiyev bu təşəbbüsləri rədd etmişdi. İndi isə Ukrayna tərəfi belə bir görüşü tamamilə mümkün sayır.
“AzPolitika.info”

Şərhlər