Milli Məclisin Regional məsələlər komitəsinin sədri, 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov avqustun 12-də və 13-də Şərur rayonunda növbəti vətəndaş qəbulları keçirib.
Komitədən "AzPolitika"ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatının inzibati binasında, həmçinin Çərçiboğan, Xanlıqlar və Qışlaqabbas kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərd baş tutan görüşlərdə YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev də iştirak edib.
Rayon sakinləri, müharibə veteranları, qazilər və ağsaqqalların iştirak etdiyi qəbullarda vətəndaşların müraciətləri geniş spektrli sosial-məişət məsələlərini əhatə edib. Dinlənilən əsas problemlər aşağıdakılardır:
Sosial müdafiə, pensiya təminatı, maliyyə və məşğulluq məsələləri;
Kənd yollarının bərpası, subartezian quyularının qazılması, kənd təsərrüfatı və torpaq sahələri ilə bağlı müraciətlər;
Bələdiyyələrin fəaliyyəti, kəndlərdə idman infrastrukturunun və stadionların tikintisi, eləcə də dini ibadət yerlərinin - kənd məscidlərinin tikintisinə dəstək göstərilməsi.
Deputat Siyavuş Novruzov qəbullar zamanı qazilərin qayğıları ilə xüsusi maraqlanıb, sakinləri narahat edən problemləri dinləyərək onlarla yaxından tanış olub. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxunun icrası operativ şəkildə təmin edilib. Digər məsələlərdən bir qismi baxılması üçün müvafiq qurumlara göndərilib, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər