Menu

Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etməyə hazırlaşır – Növbəti ərazi iddiası

15.08.2026, 08:05
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etməyə hazırlaşır – Növbəti ərazi iddiası

ABŞ Prezidenti Donald Tramp İranla müharibə bitdikdən sonra Hörmüz boğazını "Amerika ərazisi" elan edəcəyini bildirib.

“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti bunu “Fox News”a açıqlamasında deyib.

"İran sarsıdıcı məğlubiyyətlə üzləşir. Tezliklə Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm", - deyə Tramp bildirib.

O, Amerika qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib və əlavə edib ki, İran hücum edərsə, ABŞ ordusu "100 dəfə daha güclü" cavab verəcək.

"Biz tam nəzarət edirik, sözün əsl mənasında Hörmüz boğazına sahibik", - deyən Tramp əlavə edib ki, ABŞ-nin İran limanlarını blokadaya alması Tehrana hər gün "yüz milyonlarla dollara" başa gəlir.

Qeyd edək ki, İran da Hörmüz boğazına nəzarət etdiyini iddia edir. Tehran dəniz dəhlizinin açılması üçün şərtlər irəli sürür. Bunlara sanksiyaların qaldırılması, ABŞ-nin İran limanlarına qarşı blokadasının ləğvi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və hərbi əməliyyatlardan dəyən ziyanın ödənilməsi daxildir.

Qeyd edək ki, ABŞ Prezidentinin Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyinə dair dedikləri beynəlxalq hüquqa tamamilə ziddir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol