Menu

Fındıq ixracının dəyəri artıb - Həcmi azalıb

15.08.2026, 09:57
Fındıq ixracının dəyəri artıb - Həcmi azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan 8 341,84 ton meşə fındığı ixrac edilib.

“AzPolitika” xəbər verir ki, ixrac olunan meşə fındığının statistik dəyəri 95 milyon 584,09 min dollar təşkil edib. Bu məhsul ümumi ixracın 0,59%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,72%-ni təşkil edib.

Ötən ilin eyni dövründə isə 10 759,43 ton meşə fındığı ixrac olunub və ixracın statistik dəyəri 76 milyon 670,06 min dollar olub. Həmin dövrdə fındıq ümumi ixracın 0,60%-ni, qeyri-neft ixracının isə 4,37%-ni təşkil edib. 

Beləliklə, 2026-cı ilin ilk 6 ayında fındıq ixracının həcmi illik müqayisədə 22,5% azalsa da, ixracın dəyəri 24,7% artıb.

Şərhlər

Özəl Kolxozçu 2026-08-15 10:21:22

Şoran torpaqları yuyub, suvarıb 400 nin ton pambıq verən məhsuldar Azərbaycan üçün min ton fındıq on qat az (bulanıq ixrac) göstərici deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol