Menu

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

15.08.2026, 12:09
İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb.

Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol