Menu

Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü

15.08.2026, 13:03
Elektrik naqili qollarına dolandı - Cərəyan vurub öldürdü

Tərtər rayonunda dəhşətli hadisə baş verib.

“AzPolitika” xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol