Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər İdarəsi məlumat yayıb.
"Yalnız cari il ərzində paytaxt polisi digər vətəndaşları İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb", - idarədən bildirilib.
Qeyd olunub ki, onların qurbanlarının sayı 60 nəfərdən çox ola bilər. Şübhəli şəxslərlə bağlı cinayət işləri açılıb və hazırda materiallar məhkəməyə göndərilib.
Təqsirləri sübuta yetiriləcəyi təqdirdə, onları 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, iyulun sonunda BMT gələcəkdə İİV-lə mübarizə proqramlarının maliyyələşdirilməsinin azaldılmasının epidemiyanın yeni dalğasına səbəb ola və son onilliklər ərzində əldə edilmiş irəliləyişləri heçə endirə biləcəyini açıqlamışdı.

Şərhlər