İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, neft çirklənməsinin regionun dəniz ekosisteminə vurduğu zərərin məbləği trilyonlarla dollar ola bilər.
"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində paylaşım edib.
Bəqai paylaşımına Kiş adasının sahillərində neftlə çirklənməni əks etdirən video əlavə edib və hadisəyə səbəb kimi xarici gəmini göstərib.
"Bu hadisə son onilliklər ərzində Fars körfəzi və Oman dənizinin, eləcə də regionun dəniz ekosisteminin vəziyyətini pisləşdirən genişmiqyaslı - həm açıq, həm də gizli - çirklənmənin bariz nümunələrindən yalnız biridir. Bunun nəticəsində İranın sahilyanı ərazilərinə trilyonlarla dollar həcmində zərər dəyib", - deyə o yazıb.
Bəqai əlavə edib ki, kommersiya gəmiçiliyinin bütün iştirakçıları regiona dəymiş zərərin aradan qaldırılması ilə bağlı hüquqi və mənəvi məsuliyyət daşımalıdırlar.

Şərhlər