Menu

Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq

16.08.2026, 16:03
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol