Menu

Şirvan kanalında kişi meyiti tapılıb

16.08.2026, 17:12
Şirvan kanalında kişi meyiti tapılıb

Şirvan kanalından kişi meyiti tapılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, meyit İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini, 77 yaşlı Tahir Quluyev olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol