Rusiya mediasının məlumatına görə, Belqorod vilayətinin Valuy rayonunun Koloskovo kəndinə edilən raket zərbəsi nəticəsində 6 nəfər həlak olub.
Bu barədə bölgənin səlahiyyətlərini icra edən qubernator Aleksandr Şuvajev məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində həlak olanlardan başqa, aralarında 14 yaşlı yeniyetmə də olmaqla dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli hakimiyyət nümayəndələri hadisə nəticəsində dağıntıların baş verdiyini və xilasetmə işlərinin aparıldığını bildiriblər.
"AzPolitika.info"

Şərhlər