ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla rəsmi danışıqlardan kənar şəkildə SEPAH ilə gizli əlaqə kanalı yaradıb.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
Kanal may ayında Vaşinqtonun İranla aparılan rəsmi danışıqların səlahiyyətləri və effektivliyi ilə bağlı şübhələrinin artdığı bir vaxtda yaradılıb.
ABŞ tərəfi SEPAH rəhbərliyi ilə əlaqə qurmaq üçün həm Vaşinqtonun, həm də Tehranın etibar etdiyi İraq Kürdüstanı Regionunun rəhbəri Neçirvan Bərzanidən istifadə edib.
O vaxt ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Bərzanidən SEPAH rəhbərliyinin İranın xarici işlər naziri Əraqçı və parlament sədri Qalibaf arasında müzakirə olunan şərtləri dəstəkləyib-dəstəkləmədiyini öyrənməsini istəyib.
Bərzani SEPAH komandanı Məhəmməd Pakpurla qapalı telefon danışığı aparıb. Bundan sonra ABŞ tərəfi Ərbildə gizli görüş keçirilməsini təklif edib. Ancaq görüş baş tutmayıb.
"AzPolitika.info"

Şərhlər