Menu

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur... - VİDEO

17.08.2026, 16:43
Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur... - VİDEO

İyulun 30-u Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubovun və qətldə şübhəli bilinən keçmiş işçisi Sabir Camalovun birgə çəkilmiş görüntüləri yayılıb.

“AzPolitika” xəbər verir ki, bir neçə ay əvvəl çəkildiyi bildirilən videoda keçmiş dostların mehriban münasibətdə olmaları açıq görünür.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, “Seaside estate” şirkətinin rəhbəri olub.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.(qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol