Berlin Senatının iki idarəsinin şəbəkəsinə haker hücumu edilib.
"Report"un "DPA" agentliyinə istinadən verdiyi məlumata görə, hücuma Berlin Senatının Şəhərsalma, Tikinti və Mənzil məsələləri üzrə İdarəsi, həmçinin Mobillik, Nəqliyyat, Ətraf mühitin mühafizəsi və İqlimin qorunması üzrə İdarəsi məruz qalıb.
Hücumun digər dövlət qurumlarına yayılmasının qarşısını almaq məqsədilə həmin idarələr hökumət şəbəkəsindən ayrılıb.
İnsidentin araşdırılmasına Berlinin Cinayət İşləri üzrə Dövlət İdarəsi, Berlin Prokurorluğu və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə (BSI) cəlb olunub. Paytaxtda, həmçinin böhran vəziyyətinin idarə edilməsi üzrə qərargah yaradılıb.
Hələlik haker hücumu nəticəsində məlumat sızmasının baş verib-vermədiyi məlum deyil.

Şərhlər