Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Endi Börnhəmlə telefon danışığı aparıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Türkiyə Prezidenti iki ölkən arasında, xüsusilə müdafiə sənayesi olmaqla, bütün sahələrdə əməkdaşlıqda mühüm irəliləyişlər əldə edildiyini vurğulayıb.

Ərdoğan həmçinin ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün birgə fəaliyyətin davam etdiriləcəyini bildirib.