Menu

Azərbaycan nefti I yarımildə büdcə qiymətindən baha satılıb

18.08.2026, 13:06
Azərbaycan nefti I yarımildə büdcə qiymətindən baha satılıb

Bu ilin I yarısında dünya bazarında "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 94,5 ABŞ dolları olub ki, bu da 2026-ci ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (65 ABŞ dolları) 45,4 % çoxdur.

"AzPolitika" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, Azərbaycan neftinin orta qiyməti yanvarda 58,4 ABŞ dolları, fevralda 71,1 ABŞ dolları, martda 106,4 ABŞ dolları, apreldə 120,1 ABŞ dolları, mayda 111,8 ABŞ dolları, iyunda isə 89 ABŞ dolları təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol