Menu

Vəkil Elşad Məmmədov həbs edildi - Nədə ittiham olunur? (Yenilənib)

18.08.2026, 21:49
Vəkil Elşad Məmmədov həbs edildi - Nədə ittiham olunur? (Yenilənib)

Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

O, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Abşeronda tanınmış vəkil saxlanılıb.

"AzPolitika" bildirir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir. Amma Vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(Sfera.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol