Menu

Rusiyada yanacaq böhranının ikinci dalğası yaşanır - Ehtiyatlar kəskin azalıb

18.08.2026, 16:09
Rusiyada yanacaq böhranının ikinci dalğası yaşanır - Ehtiyatlar kəskin azalıb

Son günlərdə rusiyalı sürücülər yanacaq böhranının ikinci dalğası ilə üzləşiblər. 

"AzPolitika" Rusiya mediasına istinadla xəbər verir ki, ölkə üzrə yanacaqdoldurma məntəqələrinin (YDM) yalnız 28%-də benzin mövcuddur.

Avqustun 16-na olan məlumata əsasən, YDM-lərin 28,1%-də yanacaq tapmaq mümkün olub. Müqayisə üçün qeyd edilib ki, cəmi bir həftə əvvəl bu göstərici 41% təşkil edirdi. Tətbiq üzərindən aparılan monitorinqlər göstərir ki; Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk, Rostov vilayətlərində və Tatarıstanda benzin və dizel ehtiyatları kəskin azalıb.

Qeyd edək ki, Rusiyada yanacaqdoldurma məntəqələrində ilk sıxlıq dalğası may ayının sonunda başlayıb və təxminən bir ay yarım davam edib. Yaranmış gərgin vəziyyətə neft emalı zavodlarında aparılan planlaşdırılmamış təmir işləri və logistika problemləri təsir göstərib. Bildirilib ki, böyük həcmdə benzin istehsal edilsə də, onun bəzi regionlara çatdırılmasında ciddi çətinliklər yaşanır.

E. Səlimov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol