Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.
"AzPolitika" Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.
Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Şərhlər