Rusiya hakimiyyəti müstəqil jurnalistlərə və müharibə əleyhinə çıxış edən media nümayəndələrinə qarşı repressiya alətlərini genişləndirməkdə dəvam edir. Tanınmış rusiyalı jurnalist, "Exo Moskvı" radiosunun keçmiş aparıcısı Kseniya Larina (əsl adı Oksana Barşeva) "Rosfinmonitorinq" tərəfindən "terrorçu və ekstremistlər" siyahısına salınıb və federal axtarışa verilib.
Moskva Prokurorluğu jurnalistə qarşı terror fəaliyyətinə açıq çağırışlar etmə maddəsi ilə cinayət işinin qaldırıldığını bildirib. İstintaqın versiyasına görə, Larina müsahibələrindən birində "Moskvada terror aktlarının törədilməsinə açıq çağırış" edib. Lakin hüquq-mühafizə orqanları ittihamın konkret hansı bəyanata və ya müsahibəyə söykəndiyini açıqlamayıb.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Kseniya Larinanı hələ 2023-cü ilin sentyabrında "xarici agent" реестрinə daxil etmişdi. Buna səbəb kimi onun Ukraynanı dəstəkləməsi və "arzuolunmaz" elan edilmiş təşkilatlarla əməkdaşlıq etməsi gösterilmişdi.
"Rosfinmonitorinq"in "terrorçu və ekstremistlər" siyahısına daxil edilməsi şəxs üçün faktiki olaraq bütün mülki və iqtisadi hüquqların dondurulması deməkdir. Yeni statusa əsasən Larinaya:
-Bank hesabları üzrə əməliyyatlar aparmaq və maliyyə resurslarından istifadə etmək;
-KİV-lə əməkdaşlıq etmək və internetdə məlumat yerləşdirmək;
İctimai tədbirlər təşkil etmək və seçkilərdə iştirak etmək tamamilə qadağan edilir.
Xatırladaq ki, Rusiyada müharibəyə qarşı çıxan jurnalist və fəallara qarşı "ordu haqqında feyk", "diskreditasiya" və "terrorçuluğa çağırış" maddələri ilə analoji cinayət işlərinin açılması kütləvi xarakter alıb.
“AzPolitika.info”

Şərhlər