Livanın məhkəmə orqanları Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin dövründə xidmət etmiş sabiq generalı onun əlaqədar ola biləcəyi cinayətlərlə bağlı dindirildikdən sonra Dəməşqə təhvil vermək barədə qərar qəbul edib.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livan hakimiyyətinin nümayəndələri bildiriblər.
General-mayor Adil İssa 2024-cü ilin sonunda Əsəd rejiminin süqutundan sonra Livanın Suriyaya təhvil verəcəyi ilk hərbçi olacaq. Onun Suriyada məhkəmə qarşısına çıxacağı gözlənilir.
İddia edilən cinayətlərin təfərrüatları hələlik açıqlanmır.

Şərhlər