Azərbaycan komandası Beynəlxalq İnformatika Olimpiadasında 3 bürünc medal
qazandı
9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika
Olimpiadasında (IOI-2026) Azərbaycanı təmsil edən məktəblilər uğurla çıxış ediblər.
Olimpiadaya qatılmış 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Həsən Vəliyev,
Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov,
həmçinin Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala
layiq görülüblər.
Qeyd edək ki, "Azercell", Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil
İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq
2017-ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq
dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə
də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir.

Şərhlər