ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə görüşəcəyinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Fox news" telekanalı məlumat yayıb.

"Bu ilin sonunda Kim Çen Inla görüşməyi planlaşdırıram... Onun 57 ədəd güclü nüvə döyüş başlığı var. Bunun baş verməsinə imkan verilməməli idi, lakin onlar artıq ondadır. Mən Kim Çen Inı çox yaxşı tanıyıram", - o qeyd edib.

Bu gün daha əvvəl Tramp öz köməkçilərinə Kim Çen Inla danışıqlar təşkil etməyi tapşırıb.