İsveçrə Federal Şurası aprel ayında Avropa İttifaqı tərəfindən qəbul edilmiş Rusiya əleyhinə 20-ci sanksiyalar paketindən əlavə tədbirlərin həyata keçirilməsinə qərar verib.
Bu barədə qurumun yaysığı press-relizində bildirilib.
Yeni tədbirlər 20 avqustda qüvvəyə minəcək. Məhdudiyyətlər mayeləşdirilmiş təbii qaza, ixracata və maliyyə sektoruna təsir göstərir.
Şuranın məlumatına görə, Rusiyanın mayeləşdirilmiş təbii qaz tankerlərinə və buzqıran gəmilərə, eləcə də mayeləşdirilmiş təbii qaz terminallarına xidmət göstərilməsinə yeni qadağalar tətbiq olunur. Artıq Rusiyaya tanker satışına qadağa qüvvəyə minib. Üçüncü ölkələrə tanker satışı müqavilələrində onların Rusiyada təkrar satışına qadağa qoyulması bəndi olmalıdır.
Ticarət sahəsində sanksiyalar İsveçrənin əvvəllər tətbiq olunmuş tədbirlərin qarşısını almaq üçün hazırlanmış yeni sistem tətbiq edəcəyini nəzərdə tutur.
İsveçrə hakimiyyəti həmçinin kriptoaktivlərin ötürülməsi və mübadiləsi üçün Rusiya platformalarından istifadəni qadağan edir. Federal Şura həmçinin rəqəmsal rubl kimi Rusiya kriptovalyutalarının inkişafına dəstəyi qadağan edib.
Bundan əlavə, İsveçrə şirkətlərinin qorunması üçün əlavə tədbirlər görülüb: bunlar Rusiyada əqli mülkiyyət hüquqlarını təmin etmək və onları məhkəmə qərarlarından qorumaq üçün nəzərdə tutulub.

Şərhlər