Menu

“Ən dağıdıcı iqtisadi əməliyyat olacaq” - Tramp

20.08.2026, 10:25
“Ən dağıdıcı iqtisadi əməliyyat olacaq” - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi kampaniyaya hazırlıq getdiyini açıqlayıb.

Tramp planı “İqtisadi D-Günü” adlandıraraq bunun hər hansı bir ölkəyə qarşı indiyədək həyata keçirilmiş “ən dağıdıcı iqtisadi əməliyyat” olacağını bildirib.

ABŞ prezidentinin sözlərinə görə, kampaniya çərçivəsində İranla əlaqəli neft qaçaqmalçılığına, valyuta mübadiləsi kanallarına, nağd pul köçürmələrinə, mübadilə bürolarına, gəmi qeydiyyatına və vasitəçi şirkətlərə qarşı tədbirlər görüləcək.

Tramp, habelə, İrana maliyyə və iqtisadi dəstək göstərməyə davam edən ölkə və təşkilatları ciddi nəticələrlə bağlı xəbərdar edib.

O bildirib ki, Vaşinqton İranın iqtisadi təcridini daha da gücləndirmək və müttəfiqlərini bu kampaniyaya qoşmaq niyyətindədir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol