2026-cı ilin iyul və avqust aylarında Rusiya ordusunun Ukraynanın mülki və loqistika infrastrukturlarına endirdiyi kütləvi raket və dron zərbələri ölkənin nəşriyyat sənayesinə misli görünməmiş zərər vurub. Son iki ayda baş verən hücumlar nəticəsində Ukraynanın illik kitab istehsalının təxminən üçdə biri - 10 milyondan çox kitab yandırılaraq məhv edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşrinin dərc etdiyi geniş analitik materialda bildirilir.
Hücumlar nəticəsində onlarla nəşriyyat, mətbəə, kitab mağazası və anbar kompleksi sıradan çıxıb. Zərbələr həmçinin təhsil sisteminə ağır zərbə vurub – yeni tədris ili üçün çap olunmuş dərsliklərin 9%-i (təxminən 1,2 milyon nüsxə) alovlar içində yanaraq külə dönüb.
Son iki ay ərzində Rusiyanın hədəf aldığı əsas nəşriyyat və loqistika mərkəzləri bunlardır:
2 iyul: "BookChef" nəşriyyatının loqistika tərəfdaşının anbarı vurulub. İnsident zamanı 800 minə yaxın kitab yanıb.
19 iyul: "#kniholav" nəşriyyatının anbarı (250 min kitab) və "MISON" nəşriyyatının binası dağıdılıb. Kiyevdəki "Konvi Plyus" mətbəəsinə dəyən zərbə nəticəsində runsiyada olan 600 bin kitab, o cümlədən 250 min dərslik məhv olub.
1 avqust (Xarkov): Müharibə dövrünün kitab sənayesinə vurulan ən böyük zərbəsi qeydə alınıb. Xarkovdakı anbarlara PUA zərbələri nəticəsində ölkənin ən böyük dərslik və uşaq ədəbiyyatı nəşriyyatlarından olan "Ranok"un və "Knigolend" mağazalar şəbəkəsinin mərkəzi anbarı tamamilə yanıb. Burada 8 milyona yaxın kitab (600 min dərslik daxil olmaqla) məhv olub. Dəymiş ziyan 1 milyard qrivnanı ötür.
Avqustun ortaları (Kiyev): Paytaxta endirilən raket zərbəsi nəticəsində metro "Poçayna" stansiyası yaxınlığındakı Ukraynanın ən böyük kitab bazarlarından biri, eləcə də "Naş Format" və "Laboratoriya" nəşriyyatlarının ofis və anbarları ciddi zərər görüb.
Sənaye nümayəndələri və nəşriyyatçılar bildirirlər ki, istehsal güclərinin, polrafiya imkanlarının və paylayıcı loqistika mərkəzlərinin sıradan çıxarılması Ukrayna kitab bazarını çöküş həddinə çatdırıb. Ekspertlərin fikrincə, təcili dövlət dəstəyi və beynəlxalq yardım olmadan sahənin böhrandan çıxması və dərslik qıtlığının aradan qaldırılması uzun zaman alacaq.
Rasim
“AzPolitika.info”

Şərhlər