Avqustun 20-yə keçən gecə işğal olunmuş Krım və Sevastopol ərazisindəmiqyaslı "blekaut" (enerji təchizatının kəsilməsi) qeydə alınıb. Yarımadanın demək olar ki, bütün ərazisində elektrik enerjisinin verilişi dayanıb.
Bu barədə Rusiya rəsmiləri və yerli sakinlərin teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, elektrik enerjisinin kəsilməsinə səbəb Ukrayna PUA-larının energetika obyektlərinə endirdiyi zərbələr olub. "Kрым.Реалии" nəşrinin məlumatına görə, gecə saatlarında Krım səmasında PUA-lar müşahidə edilib, mobil HHM qruplarının atəş səsləri və güclü partlayışlar eşidilib.
"Kрымский ветер" teleqram kanalının abunəçilərinə istinadən yaydığı məlumata görə, partlayış səsləri Yevpatoriya, Saki, Feodosiya (o cümlədən "Kafa" yarımstansiyası yaxınlığında), Aluşta, Bağçasaray, Saki və Aşağı Qurucu (Nijneqorsk) rayonlarında eşidilib.
Bir müddət sonra həmin kanal Kerç, Feodosiya, Simferopol (Aqmsəcid) və Sevastopolun tamamilə işıqsız qaldığını yazıb.
Kanalın monitorinq qrupunun məlumatına görə, Krımdakı gecə blekautunun əsas səbəbi Krasnodar diyarında yerləşən 500 kV-luq "Taman" yarımstansiyasında baş verən güclü yanğın olub. Qeyd edilir ki, bu yarımstansiya bilavasitə Krımda yerləşməsə də, yarımadanı elektrik enerjisi ilə təmin edən "energokörpünün" mühüm elementlərindən biri hesab olunur.
"AzPolitika.info"

Şərhlər