Menu

Şəmkirdə 14 yaşlı oğlan ölüb - Ov tüfəngindən atəş açılıb

20.08.2026, 13:09
Şəmkirdə 14 yaşlı oğlan ölüb -  Ov tüfəngindən atəş açılıb

Şəmkirdə bədbəxt hadisə baş verib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol