“İnqilab yolu ilə hakimiyyətə gələn biri kimi deyirəm ki, Ermənistan xalqı həmişə inqilab edə bilər”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə deyib.

Baş nazir xatırladıb ki, “Qarabağ hərəkatı”na son qoyduğunu elan edərkən, erməni xalqının bunu səhv hesab edərsə, inqilab edə və onu hakimiyyətdən uzaqlaşdıra biləcəyini də demişdi.

Paşinyan Qarabağla bağlı çətin qərarlar qəbul etməklə Ermənistanı tələdən çıxardığını bir daha təkrarlayıb. 

"Ermənistan xalqı da bu fikri bölüşür; əks halda mən bu gün burada dayanmazdım", - deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, baş nazir olduğu dövrdə Ermənistan hakimiyyəti "dağlıq Qarabağa" əlavə 1 milyard dollar vəsait ayırıb. 

"Orada pensiyalar yüksək idi, burada isə aşağı idi və sair. Üstəlik, barəsində danışmadığımız şeylər də var", - deyə Paşinyan əlavə edib.

O, həmçinin bütün kilsə nümayəndələrinin siyasi cəhətdən neytral olmalı olduğunu bir daha təkrarlayıb.

“AzPolitika.info”