Azərbaycan "Premyer Liqası"nda klubların heyət dəyərləri məlum olub.
"AzPolitika" "Transfermarkt"ın 2026/27 mövsümü üzrə məlumatlarına istinadla xəbər verir ki, "Premyer Liqa"da çıxış edən klubların futbolçularının ümumi bazar dəyəri 116,13 milyon avro təşkil edir. Liqada ümumilikdə 304 futbolçu yer alır və onların orta yaş həddi 26,5 yaş, orta bazar dəyəri isə 382 min avrodur.
Klubların heyət dəyərinə görə sıralamasında gözlənildiyi kimi “Qarabağ” liderdir. Ağdam təmsilçisinin heyətinin ümumi bazar dəyəri 24,73 milyon avro göstərilir.
“Qarabağ”ı 17 milyon avro ilə “Sabah” izləyir. Üçüncü pillədə isə 13,40 milyon avro ilə “Neftçi” qərarlaşıb.
Ən aşağı heyət dəyəri “Şamaxı”da qeydə alınıb – 3,90 milyon avro.
"Premyer Liqa" klublarının hyət dəyəri belə sıralanır:

"AzPolitika.info"

Şərhlər