Bu gün Ermənistan parlamentində 12 daimi komitənin sədrliyinə keçirilən gizli səsvermə başa çatıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, sayım komissiyasının sədri Lilit Minasyanın təqdim etdiyi yekun nəticələrə əsasən, hakim "Mülki Müqavilə" partiyasının namizədləri əksər postlara seçildiyi halda, müxalifətin əsas iddiaçıları yetərli səs toplaya bilməyiblər.
Müxalifətdə olan "Güclü Ermənistan" fraksiyasının təqdim etdiyi namizədlərin heç biri komitə sədri seçilə bilməyib:
-Maliyyə-Kredit və Büdcə Məsələləri Komitəsi: Hayk Farmanyan – 40 lehinə, 61 əleyhinə (1 səs keçərsiz).
-Avropaya İnteqrasiya Komitəsi: Areqa Hovsepyan – 40 lehinə, 62 əleyhinə.
-Regional İdarəetmə, Yerli Özünüidarəetmə, Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Komitəsi: David Qazinyan – 40 lehinə, 62 əleyhinə.
"Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan nəticələrdən sonra Maliyyə-Kredit və Büdcə Məsələləri Komitəsi üçün Liana Manukyanın namizədliyini irəli sürərək, müxalifətin namizədlərini ictimaiyyətə və parlamentə daha ətraflı təqdim etmək üçün çıxış və sual-cavab imkanlarından maksimum istifadə edəcəklərini bildirib.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən daimi komitələrə rəhbərlik edəcək şəxslər müəyyənləşib. Burada da hakim partiyanın deputatları yekdilliklə müxalif namizədlərin əleyhinə səs verərək onları əngəlləyiblər. Yeganə olaraq İnsan Hüquqlarının Müdafiəsi və İctimai Məsələlər Komitəsinə “Ermənistan” fraksiyasından Lilit Qalstyan 54 lehinə, 47 əleyhinə olmaqla sədr seçilib.
Rasim
“AzPolitika.info”

Şərhlər