"Qaz sayğacımız oğurlanıb, beş aydır sayğac yoxdur. Amma sistemdə altıncı aya kimi sərfiyyat göstərilir və borc hesablanır. Hara şikayət edirəmsə, müraciətimizə baxan yoxdur. Əgər bu sayğac işlək deyilsə, niyə sərfiyyat göstərir?"

Baku TV-yə danışan vətəndaş bildirib ki, qaz sayğacı ilə yanaşı, işıq sayğacı da yoxa çıxıb. Lakin işıq sayğacı aidiyyəti qurum tərəfindən bərpa edilsə də, qaz sayğacının quraşdırılması ilə bağlı tədbir görülməyib: