Menu

Dünya çempionatı: İki qadın güləşçimiz finala yüksəldi

20.08.2026, 20:26
Dünya çempionatı: İki qadın güləşçimiz finala yüksəldi

Aərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.

Rəqibini məğlub edən Qurbanova həlledici görüşə vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.

Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol