Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.
Qeyd: digər seysmoloji mənbələr bu gün baş verən zəlzələnin maqnitudasını fərqli - 6,7 və 7,2 kimi qiymətləndirib; məlumatlar yenilənir.

Şərhlər