Menu

Hacıqabulda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTO

21.08.2026, 09:54
Hacıqabulda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTO

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda mikroavtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTO

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol