Menu

Hamiləliyini sonlandıran qadın qanaxmadan öldü - FOTO

21.08.2026, 13:27
Hamiləliyini sonlandıran qadın qanaxmadan öldü - FOTO

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

"AzPolitika" "Bakupost"a istinadla xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd edək ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın qanaxmadan öldü - FOTO

Şərhlər

Dəqiq olun 2026-08-21 14:40:35

Ağır hadisədi. Allah rəhmət eləsin. Ancaq məlumatı dəqiqləşdirməmiş, tez-tələsik yaymaq əsil jurnalistikadan uzaqdır. Hadisə Sabunçu Tibb Mərkəzində baş verməyib, təcili yardım onu bu Mərkəzə gətirəndə, xanım artıq həyatını itiribmiş.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol