Türkiyədə "Süleymancılar" kimi bilinən dini təriqətin lideri kimi tanınan Alihan Kurişin qardaşı Hilmi Tuna Kuriş və Erhan Yılmaz xaricə qaçmağa hazırlaşarkən saxlanılıb.
"AzPolitika" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, axtarışda olan Hilmi Tuna Kuriş və Erhan Yılmaz Muğlanın Marmaris rayonunun Bozburun ərazisində xaricə qaçmağa hazırlaşarkən polis tərəfindən yaxalanıb.
İstintaq çərçivəsində uzun müddətdir axtarılan Kuriş və Yılmazın Türkiyədən çıxmağa hazırlaşdığı müəyyən edildikdən sonra Bozburunda əməliyyat keçirilib. Hər iki şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.
İstintaq zamanı diqqət çəkən məqamlardan biri şübhəlilərin Muğlaya aparıldığı 34 SL 313 dövlət nömrə nişanlı avtomobillə bağlı olub.
Məlumata görə, avtomobil keçmiş daxili işlər naziri və İYİ Partiyanın Ordu üzrə keçmiş deputat namizədi İdris Naim Şahinin adına 2030-cu ilə qədər təhkim edilib.
Qeyd edək ki, Hilmi Tuna Kurişin axtarışda olduğu dövrdə istintaq çərçivəsində bir iş yerində 200 kiloqram qızıl aşkarlanması ilə gündəmə gəlmişdi.
"AzPolitika.info"

Şərhlər