Menu

Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu

21.08.2026, 15:36
Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu

Bərdə rayonunda 27 yaşlı qız səhvən sirkə turşusu içib.

“AzPolitika” xəbər verir ki, hadisə avqustun 20-si saat 19 radələrində Mirzəxan kəndində baş verib.

1999-cu il təvəllüdlü Türkan Əsədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol