Menu

Putin Təhlükəsizlik Şurasını topladı - Hərbi-siyasi məsələlər müzakirə olunub

21.08.2026, 16:06
Putin Təhlükəsizlik Şurasını topladı - Hərbi-siyasi məsələlər müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirib. İclasda ümumi hərbi-siyasi vəziyyət və strateji regionların təhlükəsizliyi diqqət mərkəzində olub.

Rusiya dövlət mediasının məlumatına görə, məşvərətin əsas müzakirə mövzularından biri ümumi hərbi-siyasi məsələlər, həmçinin Rusiya Arktika zonasının inkişafı və bu regionda milli təhlükəsizliyin təmin edilməsi strategiyası olub.Müzakirə olunan digər təfərrüatlar barədə hələlik əlavə açıqlama verilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol