Türkiyənin "Qalatasaray" klubunun transfer çalışmaları davam edir. Komandanın yeni transferlərə gecikməsi ilə bağlı azarkeşlərin narazılığı fonunda klub rəhbərliyindən diqqətçəkən açıqlama gəlib.

"Qalatasaray" klubunun sədr müavini Abdullah Kavukcu bildirib ki, klub müdafiə, cinah və hücumçu mövqelərinə 3 futbolçu transfer etməyi planlaşdırır. Kavukcu bu transferlərin bir həftə ərzində reallaşacağını açıqlayıb.

İstanbul təmsilçisi bu yay artıq iki futbolçu ilə güclənib. "Burnley"dən fransalı yarımmüdafiəçi Lesley Uqoçukvu 3 milyon funt qarşılığında icarəyə götürülüb. Bundan başqa, Moskva Lokomotivindən rusiyalı 10 nömrə Aleksey Batrakov 25 milyon avro transfer haqqı ilə heyətə cəlb edilib.

"AzPolitika.info"