Menu

Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub

21.08.2026, 20:08
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol