İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf Hörmüz boğazından keçərkən gəmilərinə məhdudiyyətlər tətbiq edilən dövlətlərin siyahısından İraqın çıxarılmasının mümkünlüyü ilə bağlı İslam Respublikasının ali rəhbərliyi ilə məsləhətləşmələr aparmaq niyyətindədir.

"Report" "Al-Markazia" nəşrinə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Həlbusi bildirib.

"İran parlamentinin sədri Qalibaf Hörmüz boğazında İraq neft tankerlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması məsələsini İranın ali rəhbərliyi qarşısında qaldırmağa hazır olduğunu bildirib", - əl-Həlbusi vurğulayıb.

Daha əvvəl məlum olmuşdu ki, Bağdadda Qalibaf ilə görüş zamanı İraq parlamentinin rəhbəri Hörmüz boğazı vasitəsilə neftin nəqli ilə bağlı məsələlərdə İraqa "xüsusi status" verilməsi xahişi ilə İran tərəfinə müraciət edib.