Menu

Azərbaycanda kolbasa istehsalı artıb

22.08.2026, 16:18
Azərbaycanda kolbasa istehsalı artıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda kolbasa və kolbasa məhsullarının istehsalında artım qeydə alınıb.

“AzPolitika” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 19 min 601 ton kolbasa məmulatı istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% yüksəkdir.

Avqustun 1-nə olan məlumata görə, ölkə üzrə hazır kolbasa məhsullarının ehtiyatı 16,6 ton təşkil edib. Anbarlarda qalan məhsulun həcmi illik müqayisədə 25,23% azalıb.

Ümumilikdə isə ilin ilk yeddi ayında Azərbaycanda 3 milyard 164,9 milyon manat dəyərində qida məhsulu istehsal edilib. Qida sənayesinin istehsal həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.

Şərhlər

Mirzə 2026-08-22 19:46:11

Kolbasa və sosislərin tərkibində ət də varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol